All projects
Web Platform

QRBond

QR kodlu xətirə platforması: mərhumların onlayn profili, şəcərə ağacı və məzar daşındakı QR kod.

Visit project

QRBond – mərhumların xətirəsini onlayn şəkildə yaşatmaq üçün yaradılmış memorial platformadır. İstifadəçilər sayta ödəniş edərək mərhumun profilini yaradır, həmin profillə əlaqəli QR kod məzar daşının üzərinə yerləşdirilir. Ziyarətçilər QR kodu mobil cihazla skan edərək mərhum haqqında məlumata birbaşa keçid edirlər.

QRBond

Mənim rolum

birsayt.az komandasında çalışdığım müddətdə müştərinin tələblərinə uyğun olaraq layihənin backend hissəsini və admin panelini Nest.js və MySQL ilə hazırladım.

Admin paneldən idarə olunanlar

  • Mərhumlar (xətirələr) bölməsi və profillər

  • Şəcərə ağacı

  • Foto və video qalereyası

  • Mətn və şəkil məzmunları, xidmətlər və media

  • Ödəniş və QR kod generasiyası

Rol: Backend (Nest.js, MySQL) və admin panel.