Nakhchivan Education Center
Naxçıvan Təhsil Mərkəzi üçün imtahan bileti satışı, nəticə yoxlanışı və Sekonic inteqrasiyalı admin panel.
Visit project
Naxçıvan Təhsil Mərkəzi 2017-ci ildən Naxçıvan MR-da fəaliyyət göstərən, məntiq olimpiadaları və blok imtahanları keçirən tədris mərkəzidir. Mərkəz üçün vebsayt, administrator paneli və onlayn imtahan bileti sistemi hazırladım.
Layihənin komponentləri
Administrator paneli – imtahan biletlərinin idarəsi və imtahan nəticələrinin sistemə yüklənməsi.
Vebsayt – mərkəz haqqında məlumat; şagirdlər iş nömrəsini daxil edərək nəticələrini etalon formatında əldə edirlər.
Bilet satış sistemi – Məntiq (1–11 siniflər, AZ/RU sektor), Blok (9–11 siniflər, I–IV qrup) və Kaspi imtahanları; bank kartı və Apple Pay ilə ödəniş.
Texniki həllər
Şagird cavablarını Sekonic optik oxuyucu ilə düzgün cavablarla müqayisə edib sistemə yükləyən xüsusi proqram təminatı.
Otaq yerləşdirmə alqoritmi: hər sinifdən bərabər minimum say, qalıq yerlər təsadüfi paylanır; blok imtahanlarında eyni sinif/qrupun bir otaqda toplanmaması üçün qarışıq bölgü.
Korporativ e-poçt xidmətlərinin qurulması.

Rol: Backend, admin panel, ödəniş və imtahan alqoritmləri.