All projects
Website

GSL Education Center

GSL Tədris Mərkəzi üçün vebsayt, admin panel və Sekonic ilə inteqrasiya olunmuş imtahan nəticələri sistemi.

Visit project

GSL Tədris Mərkəzi buraxılış, qəbul və müəllimlərin işə qəbulu kimi imtahanlar keçirən, IELTS, SAT, TOEFL, dil kursları və fənn hazırlıqları təklif edən tədris mərkəzidir. Mərkəz üçün vebsayt, idarəetmə paneli və imtahan nəticələrinin yoxlanış sistemini sıfırdan hazırladım.

Layihə üç hissədən ibarətdir

  1. Administrator panel – mərkəzin idarəetmə proseslərini optimallaşdırır; xəbərlər, kurslar, xidmətlər və tələbələrin nailiyyətləri (Fəxrlərimiz) buradan idarə olunur.

  2. Vebsayt – mərkəzin fəaliyyəti, tədris proqramları, xaricdə təhsil imkanları və əlaqə formu.

  3. Nəticə yoxlanışı – şagirdlər imtahan sessiyasını seçib iş nömrəsini daxil etməklə nəticələrini dərhal görürlər.

Texniki tərəf

  • Şagirdlərin cavab vərəqələri Sekonic optik oxuyucu ilə oxunur, lokal API-ya göndərilir, düzgün cavablarla avtomatik müqayisə edilir və nəticələr saytda elan olunur.

  • Node.js əsaslı backend və REST API, dinamik admin panel.

  • Mərkəz üçün korporativ e-poçt xidmətlərinin qurulması.

GSL Education Center

Rol: Backend, admin panel, imtahan nəticələri sistemi və inteqrasiya.