Mən kiməm? Kanan Rzayev haqqında
Backend developer, Clomni-nin təsisçisi və CEO-su. Naxçıvandan Bakıya, ilk layihələrdən Azərbaycan startapına qədər yolum.

Salam! Mən Kanan Rzayevəm – backend developer, TANZ Technologies-in təsisçisi və Clomni-nin CEO-su. Bu bloqda gördüyüm işləri, qurduğum məhsulları və yolda öyrəndiklərimi paylaşacaqım. İlk post üçün ən təbii mövzu: mən kiməm və bu günə necə gəldim.
Qısaca
5 illə yaxın backend təcrübəsi – əsas alətlərim Node.js, Express.js, NestJS və MySQL; Python və C++ da bilirəm.
25-dən çox layihə – təhsil mərkəzləri, dövlət qurumları, e-commerce, tikinti şirkətləri və SaaS məhsulları üçün backend, API və admin panellər.
Clomni – bizneslər üçün AI dəstəkli omnichannel platforma; Meta Tech Provider, Microsoft for Startups.
Təhsil – Azərbaycan Texniki Universiteti (SABAH qrupları, İnformasiya Texnologiyaları), Code Academy (High Honour diplomu).

Necə başladı
İlk ciddi layihəmi universitetin birinci kursunda yazdım: tələbələrə alt-üst həftəyə görə dərs cədvəlini xatırladan, müəllimlərə isə otaq və qrup məlumatı göndərən bot sistemi. Sonra Naxçıvanda Həmkarlar İttifaqları Şurasının saytını MVC-dən API arxitekturasına keçirdim, GSL Tədris Mərkəzi və Naxçıvan Təhsil Mərkəzi üçün imtahan nəticə sistemləri qurdum.
2025-ci ildə BİR Company (birsayt.az) komandasına backend developer kimi qoşuldum, sonra IT Project Manager və Middle Backend Developer oldum. Burada TezCV, OdinoW, Sultan Construction, QRBond kimi onlarla layihənin backend hissəsini yazdım.
TANZ və Clomni
30 dekabr 2025-ci ildə ani bir qərarla TANZ TECHNOLOGIES MMC-ni təsis etdim. O vaxt əlimizdə WhatsApp üzərində işləyən ChatX məhsulu var idi. Bu gün həmin məhsul Clomni-yə çevrilib və arxasında güclü bir komanda dayanır.
Nə ilə məşğulam
Clomni-nin məhsul və backend arxitekturası
Bizneslər üçün WhatsApp Business API, Meta inteqrasiyaları və AI agentlər
TANZ vasitəsilə vebsayt, CRM və fərdi proqram təminatı layihələri
Bütün layihələrimi Layihələr bölməsində görə bilərsiniz. Əməkdaşlıq üçün LinkedIn-də yazın.