All posts
20 October 2026 · 1 min read

ChatX-dən Clomni-yə: bir ani qərarın hekayəsi

ASAN xidmətdə verdiyim bir qərardan Meta Tech Provider statuslu, Microsoft dəstəkli Azərbaycan startapına qədər.

clomnistartuptanzmetaai

Bəzən həyatı dəyişən qərarlar uzun-uzadı düşünülmüş planlardan yox, bir neçə saniyəlik ani qərarlardan yaranır. Clomni-nin hekayəsi də belə başladı.

30 dekabr 2025

2025-ci ilin əvvəlindən bu layihə daim fikrimdə idi. Bir ildən çox idi Naxçıvana getməmişdim; 30 dekabrda orada idim, Code Academy dərslərinə onlayn qoşulurdum. Dərsdən sonra bildim ki, həmin gün ASAN xidmətin ilin son iş günüdür. Şirkət qurmaq fikrim var idi, amma özümü tam hazır hiss etmirdim. Sonra ani qərar verdim və TANZ TECHNOLOGIES MMC-ni təsis etdim.

ChatX

O dövrdə əlimizdə ChatX var idi – WhatsApp üzərində işləyən, bir neçə real müştərisi olan məhsul. Sistemi shard əsaslı arxitekturaya keçirdik, real vaxtda shard-ların sağlamlığını izləyən monitorinq paneli və status səhifəsi qurduq. ChatX KOBİA tərəfindən “Startap” şəhadətnaməsi aldı, komandamız isə SmartSolutions Hackathon 2026-da “Süni İntellekt və Mobillik” istiqamətində birinci oldu.

Amma bunun kifayət etmədiyini düşünürdüm. Daha böyük, daha faydalı və Azərbaycandan çıxan bir məhsul yaratmaq istəyirdim.

ChatX-dən Clomni-yə: bir ani qərarın hekayəsi

Clomni

18 aprel 2026-da məhsulun yeni versiyasını hazırladıq və o, Clomni adı ilə yenidən doğuldu: WhatsApp, Instagram, Messenger, TikTok, Telegram, e-poçt və veb-çat bir paneldə, müştərilərə 24/7 cavab verən AI agentlər, flow-lar və avtomatlaşdırma.

  • Meta Tech Provider və Business Solution Provider statusu

  • Azərbaycanda Meta-nın rəsmi WhatsApp Business API Calling xidmətini ilk aktivləşdirən platforma

  • Microsoft for Startups – 100 000 ABD dolları dəyərində Azure krediti

  • Google, TikTok for Business və Twilio tərəfdaşlıqları

  • Baku ID 2026 stendi, MilliNet 2026 müsabiqəsi

  • Claude connector kataloqunda 74 alətli Clomni MCP connector

Ən dəyərli tərəf

Başlayanda komandamız yox idi – sadəcə bir fikir var idi. Sonra o fikrə insanlar qoşuldu, insanlar komandaya, komanda məhsula, məhsul isə Clomni-yə çevrildi. Bu gün TANZ TECHNOLOGIES Clomni-nin hüquqi adıdır, amma Clomni bizim üçün sadəcə şirkət deyil: bir vaxtlar fikir olan bir şeyin birlikdə reallığa çevrilməsi hekayəsidir.

Yolumuz hələ yenicə başlayır. 🇦🇿 clomni.ai