All posts
5 September 2026 · 1 min read

25+ layihə, bir backend: öyrəndiklərim

Təhsil mərkəzlərindən tikinti şirkətlərinə, e-commerce-dən dövlət qurumlarına: backend developer kimi 25-dən çox layihədən çıxardığım dərslər.

backendnodejsnestjsmysqladmin panel

Son illərdə 25-dən çox layihənin backend, API və admin panel hissəsini yazmışam. Onların böyük qismi birsayt.az komandasında, frontend tərəfində əsasən Shaig Nizamzada ilə birlikdə görülüb. Bu yazıda həmin işlərdən çıxardığım bir neçə praktik dərsi paylaşıram.

Hansı layihələr?

  • Təhsil: GSL Tədris Mərkəzi, Naxçıvan Təhsil Mərkəzi, BirSchool

  • Dövlət və ictimai təşkilatlar: NMR Həmkarlar İttifaqları Şurası, Disability.az

  • Platformalar: TezCV, OdinoW, Mal Bazarı, QRBond, Bolt Park

  • E-commerce: Icon Skin, Garden Baku

  • Korporativ saytlar: Sultan Construction, Birlik Company, Sar Group, MEBA, Zaqma, Copper Rod Trading, EGA, Meta Mühasib, Baku Derma, Duzdağ Müalicə Mərkəzi

25+ layihə, bir backend: öyrəndiklərim

1. Admin panel məhsulun özüdür

Müştəri saytı hər gün görmür, admin paneli isə hər gün istifadə edir. Ona görə xəbərlər, layihələr, qalereya, sertifikatlar, FAQ və əlaqə mesajları kimi bölmələri mümkün qədər sadə, sürətli və səhvsiz idarə olunan qururam.

2. Çoxdillilik başdan düşünülməlidir

Sultan Construction və MEBA kimi layihələrdə dil paneli backend səviyyəsində qurulub. Sonradan əlavə olunan tərcümə sistemi həmişə bahalıya başa gəlir.

3. MVC-dən API-yə keçid

Həmkarlar İttifaqları Şurasının saytını MVC strukturundan API əsaslı arxitekturaya keçirdim. Frontend React ilə yenidən yazıldı, sistem isə mobil, planşet və TV ekranları üçün eyni API-dən istifadə etməyə başladı.

4. Doğru alət, doğru iş üçün

Kortporativ saytlarda Express.js, daha mürəkkəb domenlərdə (məsələn, şəcərə ağacı və QR kodları olan QRBond) NestJS, bəzi layihələrdə isə PHP istifadə etmişəm. Texnologiya məqsəd deyil, alətdir.

5. Komanda işi

Hər yaxşı layihənin arxasında dizayner, frontend və backend developerin sıx əməkdaşlığı dayanır. Shaig Nizamzada, Zahra Murguzzada, Shahla Abdullayeva, Roza Hashimli və digər komanda yoldaşlarıma təşəkkür edirəm.

Bütün layihələri ekran şəkilləri ilə Layihələr bölməsində görə bilərsiniz.